Ictimai
İctimai Radio 2006-cı il yanvarın 10-da Müqəddəs Qurban bayramı günü yayımlanmağa başlayıb. Bu münasibətlə İctimai Televiziya və Radio Yayımları Şirkətində təntənəli mərasim düzənlənib. Tədbirdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, İctimai Televiziya və Radionun Yayım Şurasının sədri Cahangir Məmmədli, millət vəkili Sabir Rüstəmxanlı, bəstəkar Faiq Sücəddinov, AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlu çıxış edərək İctimai Radioya gələcək fəaliyyətində uğurlar arzulayıblar. İTRYŞ-nın baş direktoru İsmayıl Ömərov çıxışında İctimai Televiziya kimi radionun da öz verilişləri ilə dinləyicilərin rəğbətini qazanacağına əmin olduğunu söyləyib: “Biz televiziyanı çox qısa müddət ərzində qurduq, amma radio üçün kifayət qədər fikirləşməyə, düşünüb-daşınmağa vaxtımız oldu. Ona görə də, inanıram ki, İctimai Radio öz verilişləri ilə cəmiyyətdə böyük rəğbət qazanacaq”-deyə İ.Ömərov bildirib.
BakuFM|90.0
+994(0)12430131
[email protected]
241,Sherifzade av.
http://www.itv.az/radio